Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Azərbaycanda reket jurnalistlərlə bağlı qanunvericiliyin sərtləşdirilməsi təklif edilir

 

“Dövlət hər bir cəmiyyət üzvünün hüququnun qorunmasına mükəlləfdir. Mətbuat Şurası media ilə ictimaiyyət arasında münasibətləri tənzimləyən ictimai qurumdur. Bu vaxta qədər Mətbuat Şurasına vəzifəli şəxslər, vətəndaşlar tərəfindən 18 minə yaxın şikayət daxil olub”.

Yenixeber.org: Bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, şikayətlərin tam əksəriyyəti araşdırılıb: “Bu günlərdə də Mətbuat Şurasına şikayətlər daxil olmaqdadır. Sabah biz iclasımızda bəzi şikayətlərə baxacağıq. Mətbuat Şurası olaraq jurnalistlərə 1000-ə yaxın “press” gödəkçələr də verilib. Biz jurnalistlərin pandemiya dövründə vaksinasiyasını da təşkil etmişik”.

Ə.Amaşov qeyd edib ki, reketçiliklə bağlı məsələlər cinayət işidir: “Azərbaycan mətbuatında reketçilik mövcud olub. Daxil olan şikayətlərin də 30-35 faizi reketçiliklə bağlıdır. Əvvəlki dövrlərə nisbətən indi reketlər daha peşəkarlaşıb. Qanunun sərt üzü üzə çıxmalıdır. Hər iki tərəf cəzalandırmalıdır. Onlar jurnalistikaya cəmiyyəti məlumatlandırmaq üçün gəlməyiblər. Təklif edirəm ki, reketçilik edənlərlə bağlı qanun sərtləşdirilsin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam