Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Yunan pilotları həddini aşdı:Türkiyəni təhqir etdilər

Yunan pilotları həddini aşdı:    Türkiyəni təhqir etdilər –    FOTO
Bu ilin mart ayının sonlarında Yunanıstan Fransa ilə “F3-R” standartına uyğun “Dassault Rafale” çoxməqsədli hərbi qırıcılarının alınmasına dair 3.3 milyard dollar dəyərində müqavilə bağlamışdı. Sazişə əsasən Yunan Hərbi hava qüvvələri 12 ədədi istifadə edilmiş, yani "second hand" olmaqla, ümümilikdə 24 təyyarə alacaq.
Yenixeber.org: Qırıcılarn çatdırılması reallaşdırılmamış yunan pilotları elə həvəsə gəliblər ki, artıq xüsusi patçlar (şevronlar) da hazırlayıblar. Snayperlərin məşhur "qaçma, yorğun öləcəksən" zarafatı və "yunan Rafale – sakit ölüm" yazıları əks olunmuş fərqlənmə nişanlarında Türkiyə xəritəsinin üzərində qaçan hind toyuğu (ingiliscə: turkey) yer alıb.
Deyəsən, yunanlar Türkiyənin beynəlxalq arenada istifadə olunan adının BMT səviyyəsində rəsmi şəkildə dəyişdirilməsindən və 2023-cü ildə 5-ci nəslə aid yerli “TF-X” Milli Muharip Uçak təyyarələrinin istehsalı layihəsindən xəbərdar deyillər. Yoxsa Türkiyənin günü-gündən güclənən hərbi sənayesini və ordu qüdrətini görməzliyə vurmazdılar.
Qeyd etmək lazımdır ki, yunan hökümətinin analoji siyasi səviyyəsizliyi və arxayınçılığı vaxtilə 2010-cu ilin ciddi iqtisadi böhranına gətirib çıxarmışdı. Tükiyə ilə silahlanma yarışına girən Yunanıstan birdən ayılmışdı ki, xəzinədəki kağızlar pul əskinasları yox, alınan xarici borcların müddəti keçmiş müqavilələridir...
Fransanın "second hand" qırıcıları ilə özünü sakitləşdirməyə çalışan yunan pilotları isə artıq qısa bir müddətdə səmada +1 nəsil üstün “TF-X” qırıcıları ilə üzləşəcəklər. Görək, onda kim "yorğun ölür"...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam