Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynova 60.000000 manatlıq İTTİHAM-FAKTLAR
Yenixeber.org: Redaksiyamıza Füzuli rayonu Böyük Bəhmənli kəndində qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan İsmayılov Elnur Mənsur oğlunun başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla, digər yüksək instansiyalara ünvanladığı növbəti müraciəti daxil olub. Müəllif bu dəfə də müraciətində "Azərsu" ASC-nin keçmiş sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun və bir sıra digər səlahiyyət sahiblərinin 60.000000 manatlıq korrupsiya əməllərindən bəhs edir və konkret faktları sadalayır... Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim. Mən bundan əvvəlki müraciətlərimdə "Azərsu" ASC-nin keçmiş sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun və komandasında yer almış Elçin Şirinovun, Şamil Abdullayevin və Əkbər Nəsirovun ARDNŞ-nin Geologiya və Geofizika idarəsindən 60.000000 (altmış milyon) AZN vəsaiti əlbir olub, mütəşəkkil cinayətkar dəstə şəklində müxtəlif yollarla talan etmələri barədə 2014-cü ildən bugünəcən müddət buraxmadan təkzibedilməz faktlardan ibarət 700 (yeddi yüz) ədəddən çox şikayət ərizələrini Prezident Administrasiyasına göndərmişəm. Müraciətlərimdə göstərmişəm ki, Faiq Hüseynovun qanunsuz əməllərinə qarşı çıxdığım üçün onun tərəfdən qərəzli şəkildə qanunsuz işdən çıxarılmışam. Bu mütəşəkkil cinayətkar dəstənin korrupsioner əməllərini ifşa etdiyim üçün dəfələrlə Faiq Hüseynovun ölüm təhdidlərinə məruz qalmışam. Nəzərinizə çatdırıram ki, Faiq Hüseynov ölkədə müəyyən şəxslərin adından istifadə edir ki, bunlardan da biri Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Bəylər Eyyubovdur. Faiq Hüseynov söyləyir ki, qardaşım Qorxmaz Hüseynov və mən Bəylər Eyyubovun himayəsindəyik. Bu himayəçiliyin qarşısında Qorxmaz və mən SOCAR prezidenti Rövnəq Abdullayev vasitəsilə Bəylər müəllimə Maştağa qəsəbəsi və Biləcəri qəsəbəsində dəyəri yüz minyonlarla ölçülən mülklər hədiyyə etmişik.
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim. Mənim sizə tez-tez müraciət etməkdən başqa əlacım qalmayıb.Ölkədə hər kəs sizin vətəndaşların yaxşı yaşaması üçün gecə-gündüz çalışdığınızı bilir, məhz buna görə də xalqımız hər seçkidə sizə böyük etimad göstərir. Lakin Qorxmaz Hüseynov, qardaşı Faiq Hüseynov və onların havadarları olan böyük məmurlar vəzifələrindən sui-istifadə edərək bizi incidir.
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim. Artıq yeddi ildir ki,mən Azərbaycan Respublikasının Baş Prokuroruluğunun süründürməçilik əməllərindən əziyyət çəkirəm. Belə ki, 2014-cü ilin mart ayından bu günəcən Azərbaycan Respublikasının Baş Prokurorluğuna bu mütəşəkkil cinayətkar
dəstənin təkzibedilməz korrupsiya əməlləri haqda yeddi yüzdən çox şikayət ərizəsi göndərmişəm. Bundan əlavə Prezident Administrasiyası da daxil olmaqla başqa instansiyalara göndərdiyim yüzlərlə şikayət ərizələri də Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluqdan isə ərizələrim aidiyyatı üzrə müvəqqəti yaşadığım Sabunçu rayon Prokurorluğuna göndərilib.Yeddi il ərzində bir neçə dəfə Sabunçu rayon Prokurorluğuna dəvət olunmuşam, orada izahatım və ərizələrimdə göstərdiyim korrupsiya faktlarına aid sübutlar alınsa da, bu mütəşəkkil cinayətkar dəstənin hüquqazidd əməllərinə heç bir hüquqi qiymət vürilməmişdir.
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim.
Dəfələrlə Respublikanın Baş Prokuroru hörmətli Kamran müəllimə mətbuatla və şikayət ərizələri ilə çoxsaylı müraciətlərimdən sonra Sabunçu rayon Prokurorluğuna çağrılıb dindirilsəm də, sonda heç bir nəticə olmamışdır. Sabunçu rayon Prokurorluğu küllü miqdarda korrupsiya faktlarını ört-basdır etməyə çalışır. Bugünəcən göstərdiyim korrupsiya faktları ilə bağlı heç bir qərar qəbul etməyib, qəbul edibsə də bugünəcən bu barədə məni məlumatlandırmayıb. Sabunçu rayon Prokurorluğu göstərdiyim təkzibedilməz korrupsiya faktları haqda nə bir qərar qəbul edir nə də araşdırmanın yeddi il ləngiməsinin səbəbləri haqda mənə hər hansı bir ağlabatan məlumat verir. Nəticədə isə mən yeddi ildir ki, işsizəm. Məni işsiz qoyub, dövlətin küllü miqdarda vəsaitini talan edən mütəşəkkil cinayətkar dəstə isə hələ də qanunsuz öz çirkin əməllərini davam etdirirlər. Belə bir təsürat yaranır ki Sabunçu rayon Prokurorluğu bu işi yeddi il uzatmaqda, sanki cinayətkarlara xidmət edir.
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim.
Baş Prokurorluqda aidiyyatı vəzifə tutanlar isə müraciətlərimi cavabsız qoyub mənə aldadıcı cavablar verirlər, tabeçiliyində olan Prokurorluğun qanuna zidd əməllərinə göz yumurlar və ən azından Baş Prokurorluğun 30.07.2020-ci il tarixli kollegiyasında təsdiq olunmuş "işin təşkili qaydaları"nın tələblərinə biganəlik nümayiş etdirirlər. Bütün bu qanunazidd əməllər isə barəsində şikayət etdiyim mütəşəkkil cinayətkar dəstəyə himayədarlıq edildiyini düşünməyə əsas verir ki,vaxtında qarşısı alınmazsa, nəticədə mötəbər bir dövlət qurumunda yeni bir korrupsiyalaşmış dəstənin "lövbər saldığı" aşkara çıxması ehtimal oluna bilər. İnanıram ki, zamanları yetişəndə ifşa olunaraq layiqli cəzalarını alacaqlar. Əlbəttə ki, bu sözlər heç də məmnuniyyətlə deyilmir, ancaq həqiqəti deməmək də olmur.
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim.
Mən uzun illər ərzində özbaşınalıqla məşğul olan, dövlətin əmlakını talayıb oğurlayan, xüsusilə külli miqdarda dövlət vəsaitini talayan, dövlətin büdcəsinə külli miqdarda ziyan vurmuş və bu gün də davam etdirən mütəşəkkil cinayətkar dəstə barədə yeddi yüzdən çox şikayət ərizələrimin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada baxılıb tədbir görülməsini, Sabunçu rayon Prokurorluğunun qanunazidd əməllərinə hüquqi qiymət verilməsini sizdən xahiş edirəm. Sonda onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Baş Prokurorluğa bu qanunsuzluqlarla bağlı müraciət etsəm də ,bu günəcən müraciətlərim cavabsız qalıb.
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim.
Sizin ədalətli mövqeyinizə güvənərəkdən ümüd edirəm ki,işin ədalətli həll olunmasından ötrü əlinizdən gələni əsirgəməyəcəksiniz!
Hörmətli cənab Prezident, Mehriban xanım və Kamran müəllim.
Sizə yeni faktlar təqdim edib araşdırılmasına göstəriş verməyinizi xahiş edirəm.
Qaimə N-si 616799 Tarix 15.07.13
1.Elektirik açarı-20 ədəd- ədədi-3.78 AZN-cəmi-75.60 AZN. 2.Fum lent-3 ədəd-ədədi-3.24AZN-cəmi-9.72 AZN.
3.Elektrik yuvası-14 ədəd-ədədi-2.88 AZN-cəmi40.32 AZN. 4.Cuna-200 m-metri 0.36 AZN-cəmi 72 AZN.
5.Dəmir boru 50 mm-36 m-metri 5.94 AZN-cəmi 213.84 AZN. 6.Su kranı 15 mm-4 ədəd-ədədi 10.80 AZN-cəmi 43.20 AZN. 7.Xörək qaşığı-20 ədəd-ədədi 0.90 AZN-cəmi 18 AZN. 8.Lehimləyici 100vt-2 ədəd-ədədi 9 AZN-cəmi 18 AZN. 9.Mismar 30 mm-1 kq-kq 1.98 AZN-cəmi 1.98 AZN.
10.Elektrik yuvası qutusu-14 ədəd-ədədi 0.72 AZN-cəmi 10.08 AZN. 11.Su şlanqı 25mm -20m-metri-3.60 AZN-cəmi 72 AZN. 12.Plastik su kranı 25 mm-5 ədəd-ədədi 5.40 AZN-cəmi 27 AZN. 13.Elektrik uzadıcı 3 metrə-4 ədəd-ədədi-19.80 AZN-cəmi-79.2 AZN.
Qaimə N-si 616800 Tarix 15.07.13
1.Skoç 90 m-lik-300 büküm-bükümü 1.80 AZN-cəmi 540 AZN. 2.Elektrik kabeli 2×2.5 mis-100 m- metri 1.24 AZN-cəmi 124 AZN. 3.İzalent pxv-240 ədəd-ədədi 1.03 AZN-cəmi 147.2 AZN. 4.Termokembirik 14 mm-10 m-metri 2.52 AZN-cəmi 25.2 AZN. 5.Termokembirik 20 mm-10 m-metri 2.88 AZN-cəmi 28.8 AZN. 6.Moment yapışqan 125 ml-50 ədəd-ədədi 3.24 AZN-cəmi-162 AZN. 7.Dəmir təbəqə 2m×1m×0.03 mm-2 ədəd-ədədi 58.5 AZN-cəmi 117 AZN. 8.Elektrik Lehimləyici 40 w-2 ədəd-ədədi 7.2 AZN-cəmi 14.4 AZN. 9.Su qarışdırıcı duş-2 ədəd-ədədi 54 AZN-cəmi 108 AZN. 10.Su qarışdırıcı əlüzyuyan-1 ədəd-ədədi 43.2 AZN-cəmi 43.2 AZN. 11.şlanq 40 sm çən üçün-4 ədəd-ədədi-5.4 AZN-cəmi 21.6 AZN.
Qaimə N-si 490382 Tarix 26.04.12
1.Zaman relesi 50 hz/3A-1 ədəd-ədədi-45 AZN-cəmi 45 AZN. 2.Naqil qsp 2×0.5 mm-600m-metri 0.23 AZN-cəmi 1380 AZN. 3.Dövrə qoşucusu omron-1 ədəd-ədədi 21.6 AZN- cəmi 21.6 AZN. 4.Kabel 3×16×1×10-1751m-metri 2.16 AZN-cəmi 3782.1 AZN. 5.Elektrik ayırıcı 100 A-5 ədəd-ədədi-81 AZN-cəmi 405 AZN. 6.Kabel 4×10-110m-metri 7.2 AZN-cəmi 792 AZN.
7.Elektrik Lehimləyici 40w-2 ədəd-ədədi 7.2 AZN-cəmi 14.4 AZN. 8.Elektrik tester-2 ədəd-ədədi 39 AZN-cəmi 78 AZN. 9.Avtomat simens 63 A-1 ədəd-ədədi 34.2 AZN-cəmi 34.2 AZN. 10.Lehimləyici 100 vt-5 ədəd-ədədi 9 AZN-cəmi 45 AZN. 11.Elektrik uzadıcı 10m-1 ədəd-ədədi 23.4 AZN-cəmi 23.4 AZN. 12.Ekranlı kabel 2×4-150 m-metri 7.56 AZN-cəmi 1134 AZN.
Qaimə N-si 490383 Tarix 26.04.12
1.Fen 220 v-1ədəd-ədədi 63 AZN-cəmi 63 AZN.
2.Plata tənzimləyici 100 kva-1 ədəd-ədədi 117 AZN-cəmi 117 AZN. 3.Elektrik sobası 2 gözlü meçta-2 ədəd-ədədi 63 AZN-cəmi 126 AZN. 4.Hidrafor-1 ədəd-ədədi 43.8 AZN-cəmi 43.8 AZN.
5.Aftomat simens 100 A-2 ədəd-ədədi 90 AZN-cəmi 180 AZN. 6.Aftomat simens 16 A-4 ədəd-ədədi 4.5 AZN- cəmi 18 AZN. 7.Elektrik patronu-10 ədəd-ədədi 1.08 AZN-cəmi 10.8 AZN. 8.Elektrik yuvası Clipsal-12 ədəd-ədədi 2.88 AZN-cəmi 34.56 AZN. 9.Ekonom lampa 30 w-20 ədəd-ədədi 4.68 AZN-cəmi 93.6 AZN. 10.Akumuluyatorlu fanar-30 ədəd-ədədi 28.8 AZN-cəmi 864 AZN. 11.Su nasosu Markus-1 ədəd-ədədi 90 AZN-cəmi 90 AZN.
Qaimə N-si 490384 Tarix 26.04.12
1.Akumuluyator bateriyası 12v/33 as-1ədəd-ədədi 135 AZN-cəmi 135 AZN. 2.UPS 5kva×12v×115AH-1 ədəd-ədədi 3420 AZN-cəmi 3420 AZN. 3.Bateriya korona 9 v-4 ədəd-ədədi-2.7 AZN-cəmi 10.8 AZN. 4.beşbarmaq əlcək parça-500 cüt-cütü 2.16 AZN-cəmi 1080 AZN. 5.Zibil qabı-2 ədəd-ədədi 81 AZN-cəmi 162 AZN.
6.Termos 2 l yemək üçün-15 ədəd-ədədi 21.6 AZN-cəmi 324 AZN. 7.Vaniş 450 ml-4 ədəd-ədədi 3.6 AZN-cəmi 14.4 AZN. 8.Domestos 500 ml-20 ədəd-ədədi 3.6 AZN-cəmi 72 AZN. 9.Aktiv qab üçün 500 qr-20 ədəd-ədədi 0.99 AZN-cəmi 19.8 AZ
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.