Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Qismət Alıyev:"Qırmızı vərəqə aldığım epizodda ayağımı yığa bilmədim"

 

"Topa getdiyim vaxt artıq rəqib ötürmə etmişdi, mən də ayağımı yığa bilmədim".

Yenixeber.org: Bunu Azərbaycan millisinin futbolçusu Qismət Alıyev Serbiyada Belarusla UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyununda qırmızı vərəqə aldığı epizod barədə danışarkən deyib.

26 yaşlı yaşlı yarımmüdafiəçi meydandan kənarlaşdırıldığı üçün məyus olduğunu bildirib: "Bu, oyun epizodu idi. Sadəcə, görüşün sonlarında top rəqib futbolçu ilə mənim qarşıma düşdü. Fikirləşdim ki, topu ala bilməsəm də, ən azından xırda qayda pozuntusu olsun".

Alıyev yığmadakı debüt matçında bu cür halla üzləşmək istəmədiyini söyləyib: "Heç kim qırmızı vərəqə almaq istəmir. Sadəcə, millidə ilk qarşılaşmam olduğu üçün meydana istəkli çıxmışdım".

Oyunçu komandanın iki görüşdə bir xal qazanması barədə də danışıb: "Həm Qazaxıstan, həm də Belarusla qarşılaşmalarda çoxlu şanslarımız oldu. Hər iki matçda yaxşı təsir bağışladıq. Əlimizə düşən imkanlardan istifadə etsəydik, hər şey başqa cür olardı".

Qeyd edək ki, ilk matçında səfərdə Qazaxıstana 0:2 hesabı ilə məğlub olan Azərbaycan millisi Belarusla görüşdən qolsuz heç-heçə ilə ayrılıb. Yığma komanda iyunun 10-da Bakıda Slovakiyanı qəbul edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam