Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

AFFA bu futbolçuları -CƏZALANDIRDI

AFFA bu futbolçuları CƏZALANDIRDI

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Yenixeber.org: Bugünkü toplantıda aşağıdakı qərarlar qəbul edilib.

Premyer Liqanın VIII turunun “Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 17 nömrəli futbolçusu Murad Xaçayev “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 37.7);

Oyunun mətbuat konfransı zamanı “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün klub 1600 manat cərimə olunur (maddə 74.3);

VIII turun “Keşlə” – “Qəbələ” oyununda “Qəbələ” klubunun futbolçusu Stefan Vukçeviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

VIII turun “Səbail” – “Qarabağ” oyununda “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

I Divizionun VI turunun “Qaradağ Lökbatan” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 71 nömrəli futbolçusu Bayraməli Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

VI turun “Kəpəz” – “Neftçi-2” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Neftçi-2” komandasının futbolçusu Xəqani Sadıxov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 36.1);

VI turun “Qarabağ-2” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam