Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Maqsud Mahmudov -14 il azadlıqdan məhrum edildi

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son söz deyib.

Maqsud Mahmudov son sözündə cinayət işi ilə bağlı zərərçəkmiş qismində tanınmış müğənnilər Vasif Məhərrəmli və Afət Fərmanqızıya söyüş söyməsindən danışıb. Təqsirləndirilən şəxs hər iki müğənnini söydüyünü etiraf edərək dediklərindən peşman olmadığını deyib: “Bəli söymüşəm, yaxşı eləmişəm. Peşman da deyiləm”.

Maqsud Maqsudov lombard epizodu ilə bağlı ittihamları qəbul etmədiyini deyib.

Daha sonra prosesdə hökm elan olunub.

Hökmə əsasən, Maqsud Mahmudov verilmiş ittihamlarla təqsirli bilinərək 14 il azadlıqdan məhrum olunub.

Bundan başqa, hökmə əsasən, Maqsud Mahmudovun üzərinə həbs qoyulmuş Yasamal rayonu ərazisində yerləşən fərdi yaşayış evi və Səbail Rayonu Salyan Şosesində yerləşən ümumilikdə 24 sot torpaq sahəsi dövlət nəfinə müsadirə olunmalıdır.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə, 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam