Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Maqsud Mahmudov müğənnilərdən şantajla pul tələb edib -İTTİHAM

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktına əsasən, M.Mahmudov müxtəlif şəxslərin etibarından sui-istifadə edərək külli miqdarda dələduzluqda, tarixi-mədəni irs hesab olunan əşyaları talamaqda və sosial şəbəkə vasitəsilə incəsənət xadimləri barəsində rüsvayedici məlumatlar yaymaqda təqsirli bilinir.

O, Mədinə İsrafilova ilə birgə işlətdikləri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən lombarda qoyulan qızıl-zinət əşyalarının dələduzluq yolu ilə ələ keçirib.

Cinayət materialında qeyd edilib ki, təqsirləndirilən şəxs zərərçəkmiş İlham Kərimovdan Mədəniyyət Nazirliyi tərəfindən tarixi-mədəni əşya kimi tanınan, 19-cu əsrə aid olan, üzərində III Aleksandrın şəkli həkk edilən, 97 min manatlıq qızıl sikkələri aldatma yolu ilə ələ keçirib.

Bundan başqa, M.Mahmudov zərərçəkmişdən 19-cu əsrdə Rusiya imperiyasında istehsal olunmuş tarixi əhəmiyyətli "Həyat ağacı" adlanan qızıl əşyanı etibardan sui-istifadə edərək ələ keçirib.

Bu epizodlar üzrə o, vətəndaşlara ümumilikdə 1 milyon 600 min manat ziyan vurub.

İttihamın üçüncü epizodu isə təqsirləndirilən şəxsin Azərbaycanın incəsənət xadimlərini şantaj etməsi ilə bağlıdır.

Belə ki, M.Mahmudov Ukraynada olan müddətdə yutub kanalında incəsənət xadimləri Afət Fərmanqızı (Həsənova) və Vasif Məhərrəmlinin ünvanına qeyri-etik ifadələr işlədib.

O, V.Məhərrəmli ilə sosial şəbəkə vasitəsilə ilə əlaqə saxlayaraq, onun özündən yaşca böyük qadınla əlaqədə olduğu barədə məlumatı olduğunu deyərək müğənnidən 1000 manat pul tələb edib. V.Məhərrəmli həmin pulu Səbail rayonu ərazisində bir nəfər vasitəsilə ona çatdırıb.

Bundan başqa, M.Mahmudov müğənni Afət Fərmanqızını da eyni cür şantaj edib. O, müğənni ilə danışaraq, onun intim görüntüləri ilə təhdid edərək 1000 manat pul istəyib. Sonradan Afət Fərmanqızı pulu vermədiyi üçün M.Mahmudov yutub kanalında müğənni barəsində rüsvayedici məlumatlar yayıb.

Məhkəmədə elan edilib ki, ittihamlar təsdiqini taparsa, M.Mahmudovu 20 ilə qədər cəza gözləyir.

İttihama münasibət bildirən M.Maqsudov özünü təqsirli bilməyib.

Daha sonra prosesdə zərərçəkmişlər dindirilib.

Növbəti proses fevralın 17-nə təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam