Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Azərbaycan Dövlət Reklam Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Yenixeber.org: Agentlikdən daxil olan məlumatda deyilir:

"Bəzi elan saytlarında özünü Reklam Agentliyinin əməkdaşı kimi təqdim edən şəxs qurumun yerləşdiyi ünvan, telefon və elektron adreslərini qeyd etməklə, “müqavilə rüsumu” olaraq təqdim olunan bank hesabına 58 AZN ödəniş müqabilində vətəndaşların işlə təmin ediləcəyi barədə elan yerləşdirib.

İshtap.az, boss.az, salamjob.az, ishelanları.az kimi elan saytlarında Agentlik barədə həqiqətə uyğun olmayan informasiyaları paylaşaraq vətəndaşların aldanmalarına səbəb olub. Agentliyin adından istifadə edərək dələduzluqla məşğul olan şəxs barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib. Vətəndaşlardan bu tip elanlarla qarşılaşdıqları zaman diqqətli olmaları və Agentliyin Çağrı Mərkəzi -1412 ilə əlaqə saxlamaları, həmçinin 077-677- 14-12 vatsap nömrəsinə yazmaları xahiş olunur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam