Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Dövlət Reklam Agentliyi - ötən il 2 milyon manatdan çox xalis mənfəət əldə edib

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2018-ci ili 2,115 milyon manat xalis mənfəətlə başa vurub.

Yenixeber.org: Bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il ADRA-nın gəlirləri 13,263 milyon manat, o cümlədən reklam yayımı haqlarından gəlirləri 12,5 milyon manat, reklam daşıyıcılarının satışından gəlirləri 445 min manat, digər gəlirləri isə 318 min manat təşkil edib. Agentliyin xərcləri isə 10,334 milyon manat, o cümlədən insan resursları üzrə xərcləri 6,834 milyon manat, digər əməliyyat xərcləri 2,581 milyon manat, satdığı malların maya dəyəri 434 min manat, amortizasiya xərcləri 312 min manat, digər xərcləri isə 173 min manat olub. Son nəticədə qurum 2,929 milyon manat əməliyyat mənfəəti əldə edərək bunun 814 min manatını mənfəət vergisi kimi ödəyib.

Bu il yanvarın 1-nə ADRA-nın aktivləri 6,822 milyon manat olub ki, bu da illik müqayisədə 3,8 dəfə çoxdur. Ötən il Agentliyin 2,595 milyon manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 2,3 dəfə artaraq 4,228 milyon manata çatıb.

Xatırladaq ki, ADRA ölkə prezidentinin 20 iyun 2017-ci il tarixli fərmanı ilə, publik hüquqi şəxs kimi yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam