Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Sosial yardım adı altında pul yığan səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA -FOTOLAR

““Instagram”da “unvanli_sosial_yardim”, “sosial_yardim_qeydiyyat”, “unvanli_sos_yardim” kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və ya kimlərinsə) aztəminatlı ailələrin üzvlərini onların inamından və məlumatsızlığından sui-istifadə edərək aldatmaqla, dələduzluq yolu ilə qazanc əldə etməsi məqsədinə yönəlib”.

Yenixeber.org: Bunu Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirib. O qeyd edib ki, ünvanlı dövlət sosial yardımı ilə bağlı qeydiyyatdan keçmək üçün hər hansı bir ödəniş tələb olunmur:

“İstənilən şəxs ünvanlı dövlət sosial yardımı, bu yardımın kimlərə şamil olunduğu, ünvanlı dövlət sosial yardımı üçün müraciət etmək qaydası barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az saytından “Ünvanlı dövlət sosial yardımı” bölməsindən öyrənə bilər. Eyni zamanda həmin bölmədəki müvafiq altbölmə üzərindən ünvanlı sosial yardımla bağlı müraciət edə bilər.

Ona görə də vətəndaşlara sosial şəbəkələrdə ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində guya köməklik ediləcəyi kimi aldadıcı elanlarla rastlaşdıqları halda diqqətli olmağı və aldanmamağı tövsiyə edirik.

Elan sahiblərinə isə bu səhiflərin ləğv edilməsi barədə xəbərdarlıq edilib. Səhifələr silinməzsə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam