Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Nazir müavini:"Siyəzəndə yanğınlar neft quyularına çatarsa, ciddi fəsadlar yaranar"

 

"Siyəzəndə yanğınlar neft quyularına çatarsa, ciddi fəsadlar yaranar".

Yenixeber.org: Bunu Xaçmazda yanğın təhlükəsizliyi mövzusunda sahibkar və fermerlərlə keçirilən görüşdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, Siyəzən rayonunda baş verə biləcək yanğınların söndürülməsinə aylarla vaxt sərf oluna bilər:

"Siyəzəndə vəziyyətə daha ciddi və məsuliyyətli şəkildə nəzarət olunmalıdır. Siyəzəndə baş verə biləcək yanğın daha ciddi və təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. Əgər baş verən yanğınlar rayon ərazisindəki neft quyularına çatarsa ciddi fəsadlar yaranar. Bundan başqa Siyəzən rayonu ərazi baxımından mürəkkəb relyefə malikdir. Bu da baş verə biləcək yanğınların söndürülməsinə əngəl yaradan amillərdən biridir".

E.Mirzəyev həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin və cavabdeh qurumların əməkdaşlarına yanğın təhlükəsizliyi tədbirlərini daha ciddi və məsuliyyətlə yanaşmaları barədə tapşırıqlar verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam