Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

Sabirabadda -əkin sahələrində baş verən yanğınla bağlı maarifləndirici görüşlər keçirib

 

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyatı qurumların təmsilçiləri ilə birgə sakinlərlə mütəmadi olaraq görüşlər keçirərək, onları əkin sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə maarifləndirirlər.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan yenixeber.org-a verilən məlumata görə, növbəti belə bir görüş rayonun Cavad kəndi ərazisində baş tutub. Pandemiya qaydalarına riayət edilməklə keçirilən görüşdə kənd sakinləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də icra və bələdiyyə orqanlarının nümayəndələri iştirak ediblər.

Görüşdə kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, hər il yay aylarında ölkə ərazisində baş verən yanğınlar haqqında məlumatlar verilib. Qeyd edilib ki, cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olur və nəticədə əkin və meşə sahələrinin məhvi ilə nəticələnir.

Diqqətə çatdırılıb ki, əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Sakinlər taxıl və ot biçinlərindən sonra sahələrə od vurmamalı, həmçinin digər təhlükəsizlik qaydalarına riayət etməlidirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam