Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Azərbaycanda elektron tibbi reseptlər olacaq

Azərbaycanda elektron tibbi reseptlər olacaq

 

Azərbaycanda nəzərdə tutulan mühüm inkişaf prosesinin əsaslarından biri də rəqəmsal səhiyyə islahatlarıdır. İqtisadiyyatın digər sahələri kimi müasir çağırışda əsas rəqəmsal iqtisadiyyatın bir hissəsi olaraq rəqəmsal səhiyyə sistemi də çox vacibdir.

Yenixeber.org: Bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, keçmiş səhiyyə paradiqmasında mərkəzdə tibb xidmətinin təminatçısı, arxasında isə tibb müəssisəsi və avadanlıq dayanırdı.

“Yeni paradiqma isə sırf pandemiya dövrü ilə bağlı faktiki olaraq gündəmə çıxdı və biz buna yenidən baxmağa məcbur olduq. Bütün dünya bu yolu gedir. Artıq mərkəzdə sırf vətəndaş durur, səhiyyə sistemi isə vətəndaşın ətrafında qurulur və ona əlçatanlığı təmin edilir.

 

Rəqəmsal səhiyyə bir neçə hissədən ibatətdir. İlk növbədə elektron resept, həkim qəbuluna elektron qeydiyyat sistemidir və tibbi məlumatlar toplusunun formalaşdırılmasıdır.

Bir sözlə rəqəmsal səhiyyə strategiyası çoxmodullu istiqamətdir. Nəticədə vətəndaş bir-iki toxunuşla məqsədi üzrə səhiyyə sistemi ilə təmasda olacaq”, - deyə nazir əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam