Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

BAKIDA FEDERASİYA PREZİDENTİ OBYEKT SAHİBİNİ DÖYDÜ -VİDEO

Azərbaycan Milli Güləş Federasiyasının prezidenti Cəlal Qurbanov obyekt sahibini döyüb. 

Yenixeber.org: Hadisə aprelin 6-sı, saat 14:40 radələrində paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində qeydə alınıb.

Belə ki, C.Qurbanov və onun bir neçə tanışı obyektin sahibi Fəhmin Əlizadənin üzərinə hücum edərək onu döyüblər.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti-Zəng Mərkəzinə müraciət edilib.

DİN-in Mətbuat Xidməti  faktı təsdiqləyib. Bildirilib ki, həmin tarixdə Yasamal rayon sakini C.Qurbanov xuliqanlıq zəminində Xətai rayon sakini F.Əlizadəni döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib: “Xəstəxanada Fəhmin Əlizadəyə tibbi yardım göstərilib və daha sonra o, evə buraxılıb”.

Zərərçəkmişin vəkili Hikmət Əliyev deyib ki, hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, C.Qurbanov Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, "Fire Land" prodakşının rəhbəri, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti və Azərbaycan Milli Güləş Federasiyasının prezidentidir. Onun bir çox şeirlərinə mahnılar bəstələnib.

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam