Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda aptek qarət olundu- FOTOLAR

    

Bakıda aptek qarət olundu - FOTOLAR
Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi baş verib.
Yenixeber.org: DİN-dən verilən məlumata görə, rayonun M.Həsənov küçəsində yerləşən apteklərdən birində əczaçı işləyən Hilal Həsənov Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə müraciət edərək bildirib ki, tanımadığı şəxs ona bıçaqla hədə-qorxu gələrək obyektin kassasından 2000 manat pulu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.



Hadisə ilə bağlı 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Emin Adilov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.



E.Adilovun ərtafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da analoji cinayətlər törətdiyi məlum olub. Saxlanılan şəxs barəsində 29-cu Polis Şöbəsində toplanan material araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib.



Gördüyünüz şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal Rayon Polis İdarəsinə və ya 29-cu Polis Şöbəsinə müraciət edə bilərlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam