Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Neçə məhkum COVID-dən ölüb? -Açıqlama

 
"Ötən dövrdə cəzaçəkmə müəssisələrində COVID-dən ölüm halları tək-tək olsa da müşahidə olunub".
Yenixeber.org: Bunu Ədliyyə Nazirliyini Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev deyib. O bildirib ki, koronavirusa yoluxmuş ağır xəstələr Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına və Gömrük Hospitalına köçürülüb:

“Həmin müəssisələrdə uzun müddət süni tənəffüs aparatına qoşulub, sağalıb, yenidən cəzaçəkmə müəssisələrinə qayıdanlar da olub. Onlar hazırdacəzalarını davam etdirirlər.
Cəzaçəkmə müəssisələri cəmiyyətin bir hissəsidir və cəmiyyətdə baş verən hadisələr burada da hansısa formada təsadüf edir. Əsas odur ki, burada məhkumlara tam həcmdə onlar tibbi yardım göstərilir”.

R.Mehdiyev qeyd edib ki, məhkumlar arasında peyvəndləmə də fəal şəkildə aparılır. Onun sözlərinə görə, bu gün cəzaçəkmə müəssisələrində sağlalan məhkumların 98,5 faizi mövcud cədvəl üzrə peyvəndlərdən keçib, eyni zamanda “buster” doza alıblar:

“Yeni daxil olanlar şəxslərə də peyvənd vurub nəzarətdə saxlayırıq. Son 15-20 gündə cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma halları aşkarlanmayıb. Ondan əvvəl isə yoluxma tək-tək idi. Yeni daxil olanlar, azadlıqdan gələnlər içərisində yoluxanlar olur, biz onları yoxlayırıq. Onlar ixtisaslışmış müəssisədə izolyasiya olunur və müalicə olunurlar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam