Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Macarıstanda parlament seçkiləri başa çatıb

                        Macarıstanda birpalatalı parlamentə seçkilərdə səsvermə başa çatıb.

Yenixeber.org: Yerli MTI agentliyi xəbər verir ki, seçkilərin nəticəsinə uyğun olaraq Baş nazir məlum olacaq və ölkənin yeni hökuməti formalaşacaq.

Agentliyin məlumatına görə, səhər saat 6:00-dan açıq olan seçki məntəqələri bazar günü yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) bağlanıb.

Milli Seçki Bürosunun son məlumatlarına görə, məntəqələrin bağlanmasına üç saat qalmış seçici fəallığı 63 % təşkil edib. Beləliklə, son nəticələr 2018-ci ildə Macarıstanda keçirilən son parlament seçkilərindən yüksək ola bilər. Həmin vaxt bu rəqəm 70 faiz təşkil edirdi.

Seçicilərin yüksək fəallığı macar politoloqları təəccübləndirmir. Seçki kampaniyası zamanı həm iqtidar, həm də müxalifət seçkilərdə iştirakın həddən artıq yüksək olduğunu bəyan edib: söhbət Rusiyanın qonşu dövlət Ukrayna ərazisində müharibəni davam etdirdiyi bir vaxtda ölkənin növbəti dörd il üçün siyasətinin seçimindən gedir.

Seçkilərin nəticələrinə əsasən 199 nəfər deputat seçiləcək. Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim FİDES - Macarıstan Vətəndaş Birliyi Partiyası və onların kiçik tərəfdaşları xristian demokratlar altı partiyanın koalisiyası ilə müxalifətdədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam