Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Ukraynadakı azərbaycanlı sürücü azad olunub -FOTOLAR


Ukraynanın Çerniqov vilayətinin Kryükov şəhərində Rusiya qoşunları tərəfindən yerli sakinlər ilə birgə 1 aya yaxındır mühasirədə qalan Azərbaycan şirkətinə məxsus yük maşını və sürücüsü azad olunub.

Yenixeber.org: Bu barədə İvano-Frankovsk vilayəti azərbaycanlılar Konqresinin sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov məlumat verib. O bildirib ki, Azərbaycanın "Volf transport" şirkətinə məxsus yük maşını və onun sürücüsü, Azərbaycan vətəndaşı 1967-ci il təvəllüdlü Əliyev Arif Eynulla oğlu mühasirədən azad olunub, hazırda Ukraynanın Rumıniya ilə sərhədindədir.

Sənədləşmə işləri başa çatdıqdan A.Əliyev sonra Avropa ölkələri vasitəsilə Azərbaycana yola salınacaq. Azərbaycanlı sürücünü və onunla birgə Türkiyədən, Gürcüstandan olan sürücüləri Ukrayna ərazi özünü müdafiə hissəsi mühasirədən azad edib, təhlükəsizliyini təmin ediblər.

Qeyd edək ki, Azərbaycan şirkətinə məxsus yük maşını müharibəyə qədər yük daşıma məqsədi ilə Çerniqovda olub və müharibə başlayandan sonra Rusiyanın şəhəri mühasirəyə alması nəticəsində mühasirəyə düşmüşdü.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam