Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Polşa hökuməti -Rusiya diplomatlarını ölkədən çıxarır

 

Polşa hökuməti fəaliyyəti Viyana Diplomatik Əlaqələr Konvensiyasına zidd olduğu ortaya çıxan bir qrup rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Yenixeber.org: Bu barədə xüsusi xidmətləri əlaqələndirmə nazirinin sözçüsü Stanislav Zarın mətbuat konfransında bildirib.

O, məsələ ilə əlaqədar Rusiyanın Polşadakı səfiri Sergey Andreyevin Xarici İşlər Nazirliyinə dəvət olunduğunu da diqqətə çatdırıb.

Daxili Təhlükəsizlik Agentliyinin məlumatına əsasən ölkədən çıxarılacaq 45 nəfərdən ibarət siyahıya rusiyalı diplomatlar və həyat yoldaşları daxildir. Bu şəxslərin məxfi məlumatlar toplamaqla yanaşı, yerli vətəndaşları xarici dövlətin xeyrinə casusluq fəaliyyətinə cəlb etdikləri də bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam