Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putinin müşaviri ABŞ səfirini Vaşiqntona qayıtmağa çağırıb -Lavrov sanksiyalara qarşı cavab tədbirlərini açıqladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 16-da deyib ki, Moskva Rusiyadakı 10 ABŞ diplomatından ölkəni tərk etmələrini tələb edib. Xatırladaq ki, bundan bir gün əvvəl ABŞ Rusiyanın 10 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul etmişdi. ABŞ prezidenti Co Baydenin fərmanında deyilirdi ki, Moskva Amerika seçkisinə müdaxilə cəhdlərinə, kiberhücumlara və başqa ziyanlı hərəkətlərə görə cəzalandırılır.

Yenixeber.org: Lavrov serbiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ diplomatlarının ölkədən çıxarılması Rusiya diplomatlarının ABŞ-dan çıxarılmasına cavabdır. Prezident Co Bayden aprelin 15-də verdiyi fərmanla Rusiyanın bir neçə şirkətini qara siyahıya salıb.

Rusiyaya qarşı sanksiyalarda ən önəmli yerlərdən birini ABŞ banklarına Rusiyanın dövlət borcu bondlarının alqı-satqısında iştirakın qadağan edilməsi tutur.

Lavrov bunu da deyib ki, prezident Vladimir Putinin xarici siyasət müşaviri Yuri Uşakov ABŞ-ın Moskvadakı səfiri Con Sullivana ciddi məsləhətləşmələr üçün Vaşinqtona qayıtmağı tövsiyə edib.

Rusiyanın ABŞ-dakı səfiri ötən ay, Co Bayden Putinin qatil olduğuna inandığını dedikdən sonra məsləhətləşmələr üçün Moskvaya çağırılmışdı.

Lavrov onu da deyib ki, Moskva Rusiyada ABŞ-ın biznes maraqları üçün ağrılı olacaq tədbirləri nəzərdən keçirir və 8 ABŞ rəsmisini sanksiya siyahısına salır.Rusiya xarici işlər naziri bildirib ki, Moskva ölkənin daxili işlərinə qarışan ABŞ fondlarının və qeyri-hökumət təşkilatlarının Rusiyadakı fəaliyyətinə son qoymağı planlaşdırır.

Rusiya XİN bəyan edib ki, Varşavanın Rusiya diplomatlarını ölkədən çıxarmaq qərarına cavab olaraq Moskvadakı Polşa səfirliyinin 5 əməkdaşını persona non grata elan edib.

Moskva bildirib ki, ABŞ-ın 8 indiki və keçmiş yüksək vəzifəli rəsmilərinin Rusiyaya girişi qadağan olunacaq.

Xəbər verilir ki, bunların arasında FTB-nin direktoru Kristofer Rey, ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Avril Heyns, ABŞ baş prokuroru Merik Qarland və daxili təhlükəsizlik naziri Alexandro Mayorkas da var.

ABŞ prezidenti Co Bayden aprelin 15-də Rusiyaya sanksiyalar elan etməklə yanaşı bildirmişdi ki, Birləşmiş Ştatlar Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətlər istəyir. O habelə qeyd etmişdi ki, ABŞ və Rusiyanın birlikdə işləyə biləcəkləri sahələr var. Bayden Putinə yaxın aylarda üçüncü bir ölkədə görüşmək təklifi etmişdi.

Lavrov deyib ki, Moskva Baydenin təklifini götür-qoy edir. Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Baydenin Putinlə görüşmək istəməsini müsbət qiymətləndirdiyini demişdi. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam