Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

AFFA rəhbərliyi yığmanın -BOS-dakı məşqini izləyib

 

Futbol üzrə Azərbaycan millisi Malta və Latviya ilə yoldaşlıq oyunları öncəsi Bakıda son məşqinə çıxıb.

Yenixeber.org: Bakı Olimpiya Stadionunda (BOS) baş tutan hazırlıq prosesində yığmaya dəvət almış 25 futbolçudan 22-si iştirak edib.

Almaniyanın "Ertsgebirge" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov və Portuqaliyanın "Tondela" klubunda çıxış edən Renat Dadaşov komandanın düşərgəsinə Maltada qoşulacaq. Türkiyə "Bursaspor"unun oyunçusu Namik Ələskərov isə zədədən əziyyət çəkdiyi üçün məşqlərə qatılmayıb. Onun yoldaşlıq görüşlərində iştirakı sual altındadır.

Media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq məşqi AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və qurumun yeni baş katibi Sərxan Hacıyev də izləyib. Məşqdən öncə E.Məmmədov Hacıyevi yığma üzvlərinə təqdim edib.

Həmçinin milli komanda BOS-dakı hazırlığa yeni məşqçi ilə çıxıb. Yığmanın sabiq qapıçısı Kamran Ağayev baş məşqçi Canni De Byazinin köməkçisi təyin olunub. O, yığmada qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Malta, 29-da isə Latviya ilə qarşılaşacaq. Hər iki görüş Maltada baş tutacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam