Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Zaqatalada narkotik satan xarici ölkə vətəndaşı həbs edilib

 

Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan xarici ölkə vətəndaşı həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, güclü təsiredici narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs tutulub.

Keçirilən tədbir zamanı əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş xarici ölkə vətəndaşı, Bakı şəhərində müvəqqəti yaşayan Emil Mamedov saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Saxlanılan şəxsin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə baxış keçirilərkən satış məqsədilə avtomobildə daşıdığı külli miqdarda heroin və tiryək, eləcə də 200 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və Emil Mamedov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam