Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Bu şirkət Yerlə Ay arasında internet qurmaq istəyir

ABŞ şirkəti Yerlə Ay arasında internet qurmaq istəyir

Bu yaxınlarda yaradılmış Amerika şirkəti “Aquarian Space” yüksəksürətli internet vasitəsilə Yer kürəsini Ayla, sonra isə Marsla birləşdirmək niyyətindədir.
Yenixeber.org: Bu barədə “Space.com” portalı bildirib. Qeyd olunub ki, şirkət planın həyata keçirilməsində ilk addımlar üçün artıq 650 min dollar tapmağa nail olub.
Şirkətin rəhbəri Kelli Larson bildirib ki, 2021-ci ildə Ayda və onun ətrafında 13 eniş aparatı, peyk və rover var idi: “2030-cu ilə qədər onların sayı 200-ə yaxın olacaq ki, bu da çoxmilyardlıq Ay iqtisadiyyatını yaradacaq. Lakin bu, Yerlə Ay arasında etibarlı əlaqə olmadan baş tutmayacaq”.
Şirkət ilkin 2024-cü ildə buraxılacaq “Solnet” adlı peyklər şəbəkəsini yerləşdirməyi planlaşdırır. Onların saniyədə 100 meqabit sürətlə məlumat ötürülməsini təmin edə biləcəkləri güman edilir. Bu, hazırda ABŞ-da orta internet istifadəçisindən təxminən üç dəfə sürətlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam