Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Maskın bu layihəsi də reallaşır: İngiltərə kosmik internetə qoşulacaq

Maskın daha bir layihəsi reallaşır:  İngiltərə kosmik internetə qoşulacaq

"Space X" şirkətinin qurucusu, məşhur milyarder İlon Maskın "Starlink" layihəsi Men adasında yerüstü peyk stansiyasının tikintisi üçün lisenziya alıb. Stansiya ərsəyə gəldikdən sonra Böyük Britaniya peyk interneti ilə təmin ediləcək.
Yenixeber.org: Bu barədə "Business Insider" məlumat yayıb.
"Space X"-in bir hissəsi olan "Starlink" layihəsi ilə artıq Bukinqamşir və Kornuolda peyk bazaları qurulub. Daha üç yerüstü stansiyanın və orbitdə bir peyk şəbəkəsinin qurulacağı gözlənilir ki, bununla da İngiltərə layihənin tam əhatə dairəsinə düşəcək.

Qeyd edək ki, İlon Maskın "Space X" şirkəti sentyabr ayında "Starlink" mini peyklərindən istifadə edərək planetimizi qlobal internetin əhatə dairəsi ilə tam təmin etməyi planlaşdırır.

Şirkət qlobal genişzolaqlı siqnalları dəstəkləmək üçün 2027 -ci ilədək 42 min "Starlink" peykini orbitə çıxarmağı planlaşdırır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam