Redaktor seçimi
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Günün xəbəri

BƏƏ 5G şəbəkəsini işə salmağa hazırlaşır

İnfrastruktur və şəbəkə super sürətli xidmətə artıq hazır vəziyyətə gətirilib.

Yenixeber.org: Birləşmiş Ərəb Əmirlikləri yeni nəsil 5G mobil rabitə şəbəkəsini inkişaf etdirməyə hazırlaşır.

Ölkənin ən iri telekommunikasiya şirkəti “Etisalat” elan edib ki, BƏƏ-də 5G şəbəkəsini artıq bu il işə salmağa hazırdır.

İnfrastruktur və şəbəkə super sürətli xidmətə artıq hazır vəziyyətə gətirilib.

Şirkətin texniki komandaları bütün ölkənin 5G ilə təmin edilməsi üçün hazırda 600 nöqtə yaradırlar. Şəbəkə və infrastruktur 5G-nin dəstəklədiyi mobil telefonların BƏƏ-də satışına başlanan kimi xidmət göstərəcək.

Böyüklüyünə görə BƏƏ-nin ikinci operatoru - “Du” şirkəti də 5G şəbəkəsinə investisiyalarla birbaşa bağlı olan kapital xərcləri bu il 40 faizə qədər artırmağı planlaşdırır.

Hər iki operator bildirib ki, 5G şəbəkəsi hazırdır və 5G-nin dəstəklədiyi qurğuların bazara çıxarıldığı məqamı gözləyir.

«Etisalat» şirkətinin böyük vitse-prezidenti Səid Al Zaruni bildirib ki, yeni şəbəkə məlumatların ötürülməsi üçün xeyli yüksək sürət təmin edəcək. Onun sözlərinə görə, 5G texnologiyası olan istifadəçilər saniyədə 4,5 giqabit maksimal sürətdən istifadə edə biləcəklər, halbuki 4G şəbəkəsində maksimum sürət saniyədə təqribən 600 meqabit təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam