Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Bakıda bu mənzillərin qiyməti 3 aydır ki, ucuzlaşır -SƏBƏB

 

Bakıda təkrar mənzil bazarında qiymətlər ucuzlaşmaqda davam edir.

Yenixeber.org: “MBA Consulting Group” Şirkətinin yaydığı məlumata görə, fevral ayında təkrar mənzil bazarında qiymətlər 2,29 faiz ucuzlaşıb.

Şirkətin direktoru Nüsrət İbrahimov bildirib ki, köhnə binalarda mənzillərə maraq getdikcə azalmaqdadır. 

“Köhnə binalarda mənzillərin satışı problemə çevrilib. Ona görə də köhnə binalarda mənzillərin qiyməti üç aydır ki, ardıcıl olaraq ucuzlaşır. Qiymət ucuzlaşmasının nə zaman dayanacağını zaman göstərəcək.

Artıq 70-ci illərə qədər tikilən mənzillərə ipoteka krediti də vermirlər. Vaxt var idi ki, “stalinka”lar ən bahalı mənzillər idi, bu gün isə həmin evlər satılmır və ya çox çətinliklə satılır. Bazara gələnlər ancaq yeni tikilən binalarda evlər axtarırlar. Ona görə də köhnə mənzillərə maraq azalır və buna müvafiq olaraq da qiymətlər ucuzlaşır”, - deyə N.İbrahimov əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam