Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda mənzillər ucuzlaşıb, torpaq isə bahalaşıb

 2018-ci ilin may ayında Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb

Yenixeber.org: Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində azalma 0.3 faiz olub. İllik müqayisədə isə təkrar mənzil bazarında 2.24 faiz ucuzlaşma baş verib.
Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin azaldığını qeyd edib. N.İbrahimovun sözlərinə görə, ilkin mənzil bazarında azalma ay ərzində 1.91 faiz, ilin əvvəli ilə müqayisədə isə 1.64 faiz olub.
N.İbrahimov həyət və bağ evlərində də may ayı ərzində 1.45 faiz azalma olduğunu diqqətə çatdırıb. İlin əvvəli ilə müqayisədə isə 2.25 faiz artım var.
Bakıda torpaq bazarında isə may ayı ərzində qiymətlər 1.98, ilin əvvəli ilə müqayisədə isə 5.81 faiz artıb.
Lakin ekspert hesab edir ki, il ərzində Bakıda mənzillərin qiymətində az da olsa artım qaçılmazdır. Baş direktorun sözlərinə görə, artım təqribən 4-6 faiz civarında proqnozlaşdırılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam