Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mənzil və torpaq bazarında QİYMƏTLƏR dəyişdi

  Bakıda avqust ayında təkrar mənzillərin qiyməti bir kvadrat metr üçün 943 dollar təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 1,57 faiz çoxdur.

Yenixeber.org: Bunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, ilin əvvəlindən təkrar mənzil bazarında qiymətlər 3,87 faiz azalıb, 2017-ci ilin avqustu ilə müqayisədə isə 2,17 faiz artıb:

“Bazarda təklif olunan mənzillərin orta qiyməti 124,23 min dollara çatıb. Mənzillərin kirayə dəyəri orta hesabla 526 dollar təşkil edib”.

Daşınmaz əmlak bazarının digər seqmentlərindən danışan ekspert qeyd edib ki, torpaq bazarında qiymətlər artıb, kommersiya obyektləri bazarında isə azalıb:

“Avqust ayında torpaq bazarında qiymətlər 0,24 faiz, ilin əvvəlindən 7,41 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12,04 faiz artıb. Kommersiya obyektləri bazarında qiymətlər bir ay ərzində 0,72 faiz, ilin əvvəlindən 0,95 faiz, ötən ilin avqustu ilə müqayisədə isə 5,89 faiz azalıb”.

Ekspert əlavə edib ki, payızın yaxınlaşması ilə əlaqədar şəhərkənarı və bağ evlərinin qiyməti cüzi azalıb:

“Avqust ayında orta qiymət 114,96 min dollar təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 0,49 faiz azalıb, ilin əvvəlindən isə 28,92 faiz artıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam