Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Xocavəndə icazəsiz daxil olan şəxslər saxlanılıb

 

 

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları mina və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazəsiz daxil olaraq özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxsləri müəyyən edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhər sakini F.Məmmədovun idarə etdiyi “Mersedes” markalı yük maşını Böyük Tağlar kəndi ərazisində saxlanılıb.

Avtomobilə baxış keçirilən zaman daha 2 nəfər də aşkar edilib. Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Q.Məmmədov və T.Süleymanov olduğu müəyyən olunub. Eləcə də avtomobildən dəmir borular, metal tullantıları və s. aşkar edilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədov və Q.Məmmədov 10 gün müddətinə inzibati qaydada həbs, T.Süleymanov isə cərimə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam