Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İşğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq daxil olmaq istəyən şəxslər saxlanılıb

İşğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq daxil olmaq istəyən şəxslər saxlanılıb

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Yenixeber.org: DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Zəngilan rayon sakini Vüsal Cəfərovun idarə etdiyi nəqliyyat vasitəsi prosedur qaydalarına uyğun olaraq yoxlama məqsədi ilə kommendant postunda saxlanılıb.

V.Cəfərov saxlanılan zaman polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq avtomobilə baxış keçirilməsinə mane olmağa çalışıb. V.Cəfərovun bu hərəkətlərini qarşısı alınıb, avtomobilin yük yerinə keçirilən baxış zamanı qohumu Rauf Cəfərovu orada gizlədərək qeyri-qanuni şəkildə işğaldan azad edilmiş ərazilərə keçirtməyə çalışdığı müəyyən edilib.

Hər iki şəxs saxlanılaraq Cəbrayıl RPŞ-yə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq edilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı sürücü V.Cəfərov 15, qohumu R.Cəfərov isə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam