Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Sonsuzluqla bağlı iddialara cavab -TƏBİB

 

“Peyvəndlər tibbin ən böyük kəşflərindən biridir. XXI əsrdə peyvəndlərin faydası və əhəmiyyəti müzakirə mövzusu olmamalıdır”.

Yenixeber.org: Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, Milli Peyvənd təqviminə əsasən, 11 növ xəstəliyə qarşı peyvəndləmə həyata keçirilir: “Pandemiya, xüsusilə karantin dövründə rutin immunizasiya və xroniki xəstəliklərin dövrü yoxlanışları ləngiməyə başladı. Bu da öz acı fəsadlarını vaxt keçdikcə göstərəcək. Hətta 1 nəfər peyvəndlənməmiş və peyvənd təqvimini ləngidən uşaq belə olsa, bu, ətrafdakı uşaqlar, istərsə də öz sağlamlığı üçün ciddi təhlükə törədə bilər”.

Nəzrin Mustafayeva COVID-19 virusuna yoluxub sağalanların da peyvənd olunmasının vacibliyinə toxunub: “Araşdırmalar göstərib ki, COVID-19 virusuna yoluxub sağalan şəxslərdə belə 4-cü aydan başlayaraq immunitet zəifləməyə başlayır. Bu şəxslərdə hətta bir doza peyvəndlə biz əvvəlki immuniteti bərpa edə bilirik”.

O, peyvəndlərin sonsuzluğa səbəb olması iddialarına da münasibət bildirib: “Onların uzun müddət istifadəsinə baxmayaraq, hər bir peyvənd baş verə biləcək əks təsirlər baxımından izlənilməkdədir. Sonsuzluğa bir çox səbəblər ola bilər. Bunların heç birinin peyvəndlə əlaqəsi yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam