Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Omikron”a görə Azərbaycanda qadağaların sərtləşdirilməsi gözlənilirmi?

“Omikron”a görə Azərbaycanda qadağaların sərtləşdirilməsi gözlənilirmi?

"COVID-19 virusu daim mutasiyaya uğrayır və yeni ştamlar yaranır. Əhali arasında təşviş yaradan “omikron” da mutasiya olmuş ştamlardan biridir. Azərbaycanda da bir neçə nəfərdə bu ştam aşkarlanıb. Bunu təşvişlə yox, normal qarşılamaq lazımdır".

Yenixeber.org: Bunu həkim-infeksionist Ləman Qalimova deyib.

Onun sözlərinə görə, "omikron"la bağlı bəzi ölkələrdə qapanmalar olsa da, Azərbaycanda bu, hələ ki, gözlənilmir: "Ümumdünya Səhiyyə Təşkilatı bir müddət əvvəl bəyan etmişdi ki, bütün ölkələrin səhiyyə sistemi potensial yoluxmuş insan axınına hazır olmalıdır. Çünki “omikron” tezliklə hər yerdə yayılacaq. Ona görə də bu ştamın Azərbaycanda aşkarlanması və yayılması təşviş yaratmamalıdır".

İnfeksionist bildirib ki, elmi araşdırmalarla hazırda dünyada olan koronavirus əleyhinə peyvəndlərin "omikron" ştamına qarşı qoruyucu olduğu sübut edilib: "Təbii ki, vətəndaşlar buster doza kimi istənilən vaksinlə peyvənd oluna bilər. Peyvəndlə yanaşı gigiyena və sosial məsafə qaydalarına riayət edilməlidir. Çünki bu virus hava-damcı yolu ilə yayılır. Həmçinin insanlara kütləvi yerlərdən mümkün qədər uzaq durmaq tövsiyə olunur. Əgər məcburən həmin yerlərdə olurlarsa, mütləq maskadan istifadə edilməlidir".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva isə  xatırladıb ki, "omikron" ştamı Azərbaycanda yeni aşkarlansa da, yoluxma sürətinə görə dünya ölkələrində bir neçə aydır mövcuddur: "Pandemiyanın başladığı ilk günlərdən indiyə kimi virusdan qorunma üsulları, demək olar ki, dəyişməyib. Sadəcə olaraq, xəstəlik əleyhinə peyvəndlər aşkar edildikdən sonra əsas profilaktik vasitə vaksinasiyadır. Digər sanitar-gigiyenik qaydalar isə eynidir".

N.Mustafayeva vurğulayıb ki, peyvəndlər öz aktuallığını və yeni ştamlara qarşı effektivliyini qoruyub saxlayır: "Vətəndaşlar özlərini və yaxınlarını qorumaq üçün peyvəndləmə prosesində aktiv iştirak etməlidirlər. Hətta iki doza peyvənd alanlarda 5 ay keçdikdən sonra "buster" doza vurulmalıdır. Nəzərə almaq lazımdır ki, vaksinasiyadan 5 ay sonra immunitet zəifləməyə başlayır. Hər kəs "buster" doza ilə mütləq peyvəndlənərək, xəstəliyə qarşı güclü immunitetin yaranmasına nail olmalıdır. Təbii ki, şəxsi gigiyena qaydalarına əməl etmək, kütləvi toplaşmalardan uzaq durmaq, yaxın kontaktlardan çəkinmək də vacibdir. Vətəndaşlar, həmçinin xəstəlik əlamətləri hiss etdikdə evdən çıxmamalı, digər şəxslərlə, yaxın ətrafla təmasda olmamalıdırlar. Bu qaydalara riayət etsək, xüsusilə də vaksinasiyada aktiv iştirak etsək, "omikron" ştamından da xilas ola bilərik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam