Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Bu ölkədə məktəblilərin COVID-19-a qarşı peyvəndinə başlanıldı

İsrail məktəblərdə COVID-19-a qarşı peyvəndə başladı  

        İsraildə məktəblilərin vaksinasiyasına başlanılıb. 
Yenixeber.org: Bunu İsrailin baş naziri Naftali Bennett deyib. Onun sözlərinə görə koronavirusa qarşı peyvənd bazar günü səhərdən etibarən İsrailin bütün məktəblərində aparılır.
"Bu gün Səhiyyə Nazirliyi peyvəndlərin artırılması üçün fövqəladə proqrama başlayır. Bu gün səhər saatlarından etibarən bütün ölkə üzrə məktəblərdə peyvəndləmə aparılır", - baş nazir kabinet iclasında deyib.

Bennet bildirib ki, risk qrupuna daxil olan insanların dördüncü doza ilə peyvənd edilməsi məsələsi də öyrəniləcək.

Ötən il dekabrın 20-də İsraildə əhalinin COVID-19-a qarşı kütləvi peyvəndlənməsinə başlanılıb. Ölkə vətəndaşları Pfizer peyvəndi ilə peyvənd olunurlar. Yanvarın 10-da peyvənd olunmuşlar ikinci dozanı almağa başlayıblar. İsraildə 12-15 yaşlı yeniyetmələrin peyvənd edilməsinə iyunun əvvəlində başlanılıb. Bu günə qədər 5,78 milyondan çox insan hər iki dozanı, 4,12 milyondan çox insan isı üçüncü dozanı qəbul edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam