Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Ukraynada əsir düşən Əzizin atası:"Dedi, lazım gəlsə, mən də vuruşacam..." VİDEO

Ukraynada Azərbaycan vətəndaşı əsir götürülüb.

Yenixeber.org:  Bu barədə Ukrayana teleqam kanalları məlumat yayıb.

Həmin şəxsin Haqverdiyev Əziz Bədirxan oğlu olduğu bildirilir.

Baku TV saxlanılan şəxsin videoda səsləndirdiyi ünvanda olub, onun ailəsindən hadisənin təfərrüatını öyrənməyə çalışıb.

Əzizin atası Bədirxan Haqverdiyev bildirib ki, oğlu təhsillə əlaqədar Ukraynaya getmişdi: “Dövlət imtahanını verib, diplomunu alıb qayıtmalı idi. Getdi orada da ilişib qaldı. Ayın 15-nə kimi əlaqəmiz var idi. Hətta biletini də almışdım. Dedim ki, Ukraynada vəziyyət qarışacaq, vaxtında oradan çıx. Dedi, lazım gəlsə, mən də qalıb vuruşacam”.

Anası Ülkər Quliyeva isə oğlu ilə sonuncu dəfə ayın 21-də danışdığını bildirib:

“Pul göndərdik, zəng elədi ki, pulu aldım. Dedi, xəbər edəcəm, biletimi alın gəlim”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam