Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

Narkotik qaçaqmalçıları sərhədçilərə atəş açıb -Xəsarət alanlar var

Dövlət Sərhəd Хidməti tərəfindən dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə üzrə zəruri tədbirlər dаvаm еtdirilir.

Yenixeber.org: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, fevral ayının 21-də saat 01:05 radələrində DSX Sahil Mühafizəsinin Cənub regional şöbəsinin “Kələdəhnə” sahil nəzarəti bölməsinin xidməti ərazisində Şahağacı kəndinin cənubunda sahildən təqribən 40 metr aralı məsafədə içərisində 2 nəfərin olduğu “Mitsubishi “Pajero” markalı “10-RS-565” dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilmiş 1 ədəd kisəni götür­məsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxslər ərazidən kisəni götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışlar.

Onların Astara rayon sakinləri 1978-ci il təvəllüdlü Ağayev Qurban Fərhad oğlu və Ağayeva Gülşən Vaqif qızı olmaları müəyyənləşdirilmiş, saxlama zamanı əvvəllər narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş Q.Ağayev silahlı müqavimət göstərərək üzərində olan “BLOW-TR-14” markalı travmatik tapancadan bir necə dəfə atəş açaraq sərhəd naryadının iki üzvünə yüngül xəsarət yetirmişdir. Ərazidə xidmət aparan naryad tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, hərbi qulluqçular şücaət və yüksək peşəkarlıq göstərərək cinayətkarı saxlamışlar.

Hadisə yerindən götürülmüş kisəyə baxış keçirilərkən içərisindən ümumilikdə 16 kq 965 qr narkotik vasitəyə (4 kq 085 qr marixuana, 9 kq 920 qr tiryək, 2 kg 090 qr metamfetamin və 870 qr heroin) bənzər maddələr aşkar olunaraq götürülmüşdür.

Q.Ağayevin dəfələrlə məhkum olunmasını və yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanınmasını nəzərə alaraq, onun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilmiş, Astara rayon polis əməkdaşları ilə birlikdə yaşadığı evə baxış keçirilmiş və qarajında rəflərin arasında gizlədilmiş 1 kisənin içərisindən 1 kq 100 qr marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülmüşdür.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam