Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Qonşu ölkədə kütləvi etiraz: tələb maaşların artmıdır

İranda etiraz: Müəllimlər maaşların artmasını tələb edirlər

İranın müxtəlif şəhərlərində maaş və təqaüd ödənişlərinin artırılmasını tələb edən müəllimlərin etiraz aksiyaları keçirilib. Sosial media platformalarında təhsil qurumları qarşısında nümayişlərin keçirildiyini görmək olar.
Yenixeber.org: Şənbə günü müəllimlərin aksiyasını təşkil edən Təhsil İşçiləri Koordinasiya Şurası təhlükəsizlik qüvvələrinin nümayişlərə müdaxilə etdiyini xəbər verib. Bu barədə qurumun Telegram kanalı bildirir.
Eyni mənbə etirazçılar arasında “kişi və qadın müəllimlərin” həbs olunduğunu yazıb.
Müəllimlərin silsilə aksiyaları ötən ildən bəri davam edir.
“Mitinqlərə qatılan müəllimlər, o cümlədən maaşlaarın qaldırılmasını və siğorta xidmətlərindən istifadə şərtlərinin asanlaşdırılmasını tələb edirlər”- günaztv saytı yazır.
Hökumət müəllimlərin ödənişlərini tənzimləyən qiymətləndirmə sistemini təklif edib. Lakin bu təşəbbüs hələ də həyata keçirilməyib.
“Lakin etirazçılar bildirirlər ki, hakimiyyət onların davamlı tələblərinə “zərrə qədər əhəmiyyət verməyib”,- BBC Farscanın yaydığı məlumatda deyilir.
Şənbə günü Təhsil İşçilərinin Koordinasiya Şurası bildirib ki, tələbləri yerinə yetirilməsə, o, müəllimləri yenidən etirazlara dəvət edəcək.
Maddi vəziyyətin yaxşılaşdırılmasını tələb edən yalnız iranlı müəllimlər deyil. Ötən ay hökumətin maaşları artırmaqdan imtinasına qarşı ədliyyə sistemi işçilərinin nadir aksiyası keçirilib.
Hökumət bahalaşma və inflyasiyanı cilovlayacağını vəd etsə də, bir çox iranlı, xüsusən də sabit maaş alanlar yaşayış şəraitinin yaxşılaşmadığını deyirlər. Bu vəziyyət mitinq və tətillər şəklində keçirilən etiraz aksiyalarına səbəb olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam