Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

 
"Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarda edilən dəyişikliklərə əsasən, bu ildən eyni rayon, şəhər, eləcə də bir rayon, şəhərdən digər rayon, şəhərə yerdəyişmə müsabiqəsi vahid çərçivədə, yəni mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək"
Yenixeber.org:  Bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə bildirib.
M.Camalzadə deyib ki, bu il qaydalarda edilən dəyişikliyə əsasən, artıq müəllimlərin iş yerinin eyni rayon, şəhər daxilində dəyişdirilməsi, yaxud bir rayon, şəhərdən digər rayon, şəhərə dəyişdirilməsi müsabiqəsi vahid çərçivədə həyata keçiriləcək.
M.Camalzadə bildirib ki, müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə sənəd qəbuluna iyunun 1-də başlamaq nəzərdə tutulur.Onun sözlərinə görə, artıq iyunun 1-də başlayacaq sənəd qəbulu zamanı iş yerini həm rayon, şəhər daxilində dəyişmək, həm də bir rayon, şəhərdən digər rayon, şəhərə dəyişmək istəyən müəllimlər müraciət edə biləcəklər:
"Əvvəllər müəllimlərin eyni rayon, şəhər daxilində yerdəyişməsi yerli təhsil idarəetmə orqanları tərəfindən aparılırdı. Ötən il bu format bir qədər dəyişdirildi və rayon, şəhər daxilində iş yerini dəyişmək istəyənlər də Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə iştirak etməli oldular. Bu ildən isə bu prosedurlar vahid formada həyata keçiriləcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam