Kababın qiyməti neçə olacaq? –Şadlıq evlərində son durum
Paytaxtda heyvan kəsimi məntəqələrində ətin qiymətinin qaldırıldığı barədə iddialar var. Belə ki, dükanlarda mal əti 11-12 manat, quzu ətinin qiyməti 15 manata çatıb. Ətin bahalaşması ilə sosial şəbəkələrdə şadlıq saraylarının da qiymətləri qaldırıb-qaldırmayacağı müzakirə edilir.
Yenixeber.org: Paytaxtın bir sıra tanınmış şadlıq evləri ilə əlaqə saxlayıb, yaranmış vəziyyətlə bağlı araşdırma apardıq.
Aralarında “Royal Saray”, “Versal”, “Gilavar” kimi məşhur restoranların olduğu bir sıra şadlıq saraylarında artım olduğunu qəbul edənlər də var, “Təki toy olsun” deyib əvvəlki qiymətlə davam edəcəklərini iddia edənlər də...
“Royal Saray”: “Hələ ki, elə bir qiymət artımından söhbət gedə bilməz, amma zamanla yəqin ki, artım qaçılmazdır. Bəzi məhsulların qiymıətinin artması bizim də qiymətlərə təsir edəcək. Şübhəsiz ki, bu belə olacaq. Lakin hələ ki, artım etməmişik. Toy vaxtı bildiyiniz kimi, bir neçə ay öncədən danışılır, yazılır. Məclislər əvvəlcədən yazıldığı üçün biz zərərə getsək belə qiyməti qaldıra bilmərik, bu mümkün deyil. Amma növbəti aylarda qiymət artımı olduqca əlbəttə ki, bu bizə də təsir edəcək”.
“Gilavar” Şadlıq Sarayı: “Qiymətlərin artması bizə də təsir edib. Müəyyən məhsulların qiyməti artıb. Amma bizdə hələ ki, ciddi qiymət artımı gözlənilmir”.
“Versal” Şadlıq Sarayı: “Tahir İmanov demişkən, ruzinini verən Allahdır. Canları sağ olsun, qoy qalxın. Bizdə qiymətlər qalxmayacaq. İstəyir, ətin kilosu 40 manat olsun... Onsuz da ət xolestrindir, ətli qidaları azaldacaqlar, insanlar sağlam olacaq”.
Əsmətxanım
(yenisabah)