Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Restoranlar da toy qiymətlərini bahalaşdırdı

Devalvasiyanın hökm sürdüyü bir vaxtda  üstəlik qazın və elektrik enerjisinin qiyməti də qalxıb.

Xeberinfo.com:   Bazarlarda, marketlərdə isə məhsulların sadəcə üzünə baxmaq kifayətdir. Çünki qiyməti baha olan malları əldə etməyə pul çatmır.

Toy bazarında da vəziyyət yaxşı deyil. Bəzi restoranlar  güzəşt limitini dondurub. Toy etmək istəyənlərin sayında müşahidə olunan azalma  restoran sahiblərini də hərəkətə gətirib. Menyuda qiymət artımı qaçılmaz olub.

Daha ətraflı məlumat əldə etmək üçün Modern.az saytı bir neçə restoranla əlaqə saxlayıb.

“Hollivud” şadlıq sarayında toy etmək istəyənlər azalıb.

“Son aylarda toy etmək üçün müraciət edənlərin sayında azalma var. Əvvəllər hər gün restoranımızda toy olurdusa, indi əksinədir. Ona görə də menyuda qiymət artımı etmişik”.

“Su sonası” şadlıq sarayı da əhalinin toy ab-havasında olmadığı qənaətindədir.

“Sanki insanlar daha təmtəraqlı toy etmək istəmirlər. Qazın, işığın qiyməti də bir tərəfdən bahalaşdı. Hələ ki, menyuda qiymətlərlə bağlı dəyişiklik etməmişik. Görək sonumuz necə olur”


“Versal” 
sarayında da eyni vəziyyətdir.

“Əvvəllər restoranımızda toy edənlərə güzəştlərimiz olurdu. Ölkədəki bahalaşmadan sonra həmin güzəştləri ləğv etdik. Toy etmək istəyənlər azalıb. Bu da bizim restoranımıza təsirsiz ötüşməyib”.

“Monte Karlo” şadlıq sarayında da qiymətlər qalxıb.

“Menyuda qiymət artımı etmək fikrindəyik. Bütün şadlıq saraylarında əvvəlki vəziyyətdən əsər-əlamət yoxdur. Toy etmək istəyənlər azaldıqca, restoranları əvvəlki qiymətlərlə idarə etmək çətinləşir”.

“Neolit” şadlıq sarayında da toy etmək istəyənlərin sayı azalıb.

“Devalvasiya bir tərəfdən, qazın, işığın da bahalaşması o biri tərəfdən.  Bütün restoranlara bunların təsiri var. Vəziyyət əvvəlki kimi deyil. Qiymətlərin qalxması menyuya da təsir edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam