Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Təbiət və Ov Turizmi Assosiasiyası fəaliyyətə başlayıb -Azərbaycanda

Azərbaycanda Təbiət və Ov Turizmi Assosiasiyası fəaliyyətə başlayıb

Azərbaycanın ovçuluq təsərrüfatlarında vəhşi heyvanların, quşların sərbəst və yarımsərbəst yolla artırılmasını həyata keçirmək, bu yolla növlərin təbiətdəki təbii populyasiyasına təsirlərin minimuma endirilməsi, “məsuliyyətli ovçu” anlayışının təbliği, eyni zamanda əcnəbi ovçuların maariflənməsi və ölkə qanunlarına riayət etməsinə nail olmaq məqsədilə 2022-ci ildən ölkədə Təbiət və Ov Turizmi Assosiasiyası fəaliyyətə başlayıb.

Yenixeber.org: Assosiasiya, həmçinin mövcud problemlərin müzakirəsi, davamlı inkişafa hesablanmış proqramların hazırlanması, ovçuluq təsərrüfatlarının inkişafı, bu təsərrüfatlarda həm də uşaqlar üçün əyləncəli infrastrukturun yaradılması, maarifləndirici və məlumatlandırıcı obyektlərin açılması və bu kimi digər istiqamətlərlə bağlı turizm şirkətləri ilə məsləhətləşmələr apararaq assosiativ qurum kimi əhəmiyyətli funksiyaları öz üzərinə götürəcək. Fəaliyyəti çərçivəsində yerli mütəxəssislərlə yanaşı, xarici ekspertləri də cəlb edəcək.

Assosiasiyanın fəaliyyətinin əsas hədəfi isə Azərbaycanda “məsuliyyətli ovçuluğu” geniş anlamda təşviq etməklə qanunvericiliyə riayət olunmasına, biomüxtəlifliyin qorunmasına və bu sahədə sabit, davamlı istifadənin təmin edilməsinə töhfə verməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam