Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Quş qripi” ilə bağlı növbəti monitorinq keçirildi

AQTA "quş qripi" ilə bağlı monitorinq aparır.

 

Yenixeber.org: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təsdiq etdiyi qrafikə əsasən ölkə ərazisində yüksək patogenli "quş qripi" xəstəliyinə görə növbəti epizootoloji monitorinqlər aparılır.

Agentlikdən verilən məlumata görə, monitorinqlər yanvar ayının 14-də başlayıb və 18-də yekunlaşacaq.

Monitorinqlər AQTA və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarının, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağgöl Milli Parkında, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda, habelə qeyd olunan rayonlarda ailə, kiçik həcmli kommersiya və sənaye əsaslı quşçuluq təsərrüfatlarında həyata keçirilib.

Həmin ərazilərdə məskunlaşan quşlardan qan nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasınada müayinə ediləcək.

Qeyd edək ki, nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam