Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Prokurorluq:"Mingəçevirdə məktəbli qisas zəmnində güllənərək öldürülüb"

Prokurorluq: Mingəçevirdə məktəbli qisas zəmnində güllənərək öldürülüb

Noyabrın 18-də Orxan Kərimovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenixeber.org: Mingəçevir Şəhər prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun şəxsi münasibətlər zəmnində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, güllələnərək öldürülən Orxan Kərimov 2006-cı il təvəllüdlüdür. O, orta məktəb şagirdi idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam