Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Azərbaycan Türkiyənin aksiyasına qoşulub -111 min ağac əkiləcək

Azərbaycan Türkiyənin aksiyasına qoşulub, 111 min ağac əkiləcək

“Gələcəyə nəfəs ol!” şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə Azərbaycan növbəti dəfə qardaş ölkənin genişmiqyaslı kampaniyasına qoşulacaq və böyük məmnuniyyətlə bu nəcib aksiyaya töhfə verəcək.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Türkiyənin təşəbbüsü ilə keçirilən aksiya çərçivəsində ölkə ərazisində 11-ci ayın 11-ci günündə ümumilikdə 111 min ağac əkiləcək və beləliklə, ölkə üzrə əkəcəyimiz 111 min ağac “Gələcəyə nəfəs ol!” şüarı altında qardaş ölkənin keçirdiyi böyük aksiyaya simvolik töhfəmiz olacaq.

O qeyd edib ki, genişmiqyaslı ağacəkmə tədbirləri böyük coşqu ilə Qarabağ bölgəsində də keçiriləcək və təkcə Zəngilan rayonu ərazisində 1111 ədəd müxtəlif cinsli ağac əkiləcək, toxum səpiləcək.

Nazir müavini əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı ağacəkmə tədbirləri olan “Yaşıl Marafon”, “Ölkə üzrə 44 min ağac əkilməsi”, “Gələcəyə nəfəs ol! kampaniyasına dəstək” aksiyaları eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında (COP 26) qəbul olunmuş istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsinə və qoşulduğu təşəbbüslərə də öz töhfəsini verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam