Redaktor seçimi
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Günün xəbəri

MƏQAM MEDİA GROUP...-Yeni yaradılan media orqanı belə adlanır

 

     “Mehribanlıq, Əzmkarlıq, Qəhrəmanlıq Azərbaycanlıların Məramıdır”

Yenixeber.org: Azərbaycanda MƏQAM MEDİA GROUP adlı yeni bir media qurumu yaradılıb. Qurumun təsisçisi və Müşahidə Şurasının sədri Qorxmaz Heydərovun sözlərinə görə, MƏQAM-ın məramı peşəkar media qurumu kimi fəaliyyət göstərmək, istedadlı gəncləri toplayaraq dövlətçilik naminə bilik və bacarıqlarını ortaya qoymaq: “MƏQAM MEDİA GROUP-un İdarə Heyətinin sədri Cavid Əlizadə ilə məsləhətləşib işə başladıq. Oxucularımızın sayı günbəgün artır, qısa vaxt ərzində sosial şəbəkələrdə çoxsaylı izləyicilərimiz var. MƏQAM MEDİA GROUP-u gələcəkdə özündə müstəqil qəzet, jurnal, sayt, internet radio-televiziyasını birləşdirəcək böyük bir media-holdinq səviyyəsində görmək istəyirik”.

“Cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində ölkəmizdə formalaşan demokratik mühit gələcək uğurlarımız üçün geniş imkanlar açır. Azərbaycan nəinki bölgədə, dünyada qüdrətli mövqeyə malik, mütərəqqi şərtlərini diqtə edən dövlətə çevrilir. 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində möhtəşəm qələbə qazanaraq, 30 ildir işğal altında qalan torpaqlarımızı azad etməyimiz də həmin müdrikliyin, iradənin, əzmkarlığın nəticəsidir, müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun rəşadəti, şəhid və qazilərimizin qanı-canı bahasınadır. Elə MƏQAM-ın abreviaturası da “Mehribanlıq, Əzmkarlıq, Qəhrəmanlıq Azərbaycanlıların Məramıdır!” şəklində mənalanır”, - deyə Heydərov bildirib.

Qeyd edib ki, MƏQAM MEDİA GROUP-un fəaliyyətində əsas prinsiplər bütün dünyada, xüsusən də bədnam qonşularımızla informasiya savaşında qalib gəlməkdir: “Həmin istiqamətdə ilk addımlarımız isə hazırlıq işlərinin getdiyi və yaxın günlərdə çəkilişlərinə başlayacağımız, daşnak cinayətkarlığı, qəddarlığı, yalanı, uydurması, saxtakarlığından bəhs edən “Qatil və qətllər” sənədli-bədii filmidir. İnşaallah, məqsədimizə nə dərəcədə nail olacağıq, bunu çoxsaylı tamaşaçı auditoriyası, bizə etimad bəsləyən dostlar və bütövlükdə xalq deyəcək”.(AYNA)

Qurban Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam