Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda yeni media təşkilatı yaradıldı

 

 Azərbaycanda yeni media təşkilatı yaranıb – Onlayn Media Klubu. Təşkilatı bir neçə onlayn media qurumu təsis edib. Təsisçilərin bəyanatında bildirilir:

Yenixeber.org: “Dəyərli həmkarlar, əziz oxucular, heç şübhəsiz, yaşadığımız XXI əsr informasiya əsridir. Biz artıq tez-tez belə bir ifadə ilə rastlaşırıq ki, media çox vaxt ictimai rəyə təsir edə, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ bilmir. Bu isə o deməkdir ki, cəmiyyətdə mediaya inamsızlıq hökm sürür, baş vermiş hadisələrin əhəmiyyətinə diqqət yetirilmir.

Qərəzli, oxucuların haqlı tələb və təkliflərinə, müraciətlərinə peşəkar yanaşmayan xeyli sayda media orqanlarının mövcudluğu sırasında yeni bir onlayn informasiya məkanına ciddi tələb yaranır.

Bu baxımdan Onlayn Media Klubu yuxarıdakı tələbləri ödəyəcək bir layihə olaraq meydana gəldi. Bu media orqanı işini peşəkarlıq, dövlətçilik baxışı, əksəriyyət oxucu zövqünü təmin etmək prinsipi üzərində quraraq düşündürücü mövzularda bir müzakirə masası yaradacaq.

Klubun həmtəsisçiləri Demokrat.az, Konkret.az və Pravda.az və digər KİV təmsilçiləridir. Ölkəmizdə və dünyada baş verən prosesləri açıq və müqayisəli şəkildə ictimaiyyətə əsaslı və güclü şəkildə çatdırmaq, həmkarlarımızı ətrafımıza toplamaqla informasiya azadlığının yeni mərhələsini yaratmaq istiqamətində mühüm səylər həyata keçirəcəyik. Əminik ki, Onlayn Media Klubu həyata keçirəcəyi layihələrdə bu sahədə öz sözünü deyəcək, ictimai fikrə təsir imkanlarını artıra biləcək.

Biz öz fəaliyyətimizlə xüsusən əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də yer ayıracaq, ideoloji işlərin həyata keçirilməsinə öz töhfəmizi verəcəyik. Amma bu işlərin tam uğurla başa çatdırılması üçün həmkarlarımızın birliyinə ehtiyac var. 

Hədəflərimizə çatmağımızın əsl məqamıdır!”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam