Redaktor seçimi
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Günün xəbəri

Azərbaycan məhsulu olan -“Avesta2810” COVID-19-u məhv edir

Azərbaycan məhsulu olan “Avesta2810” COVID-19-u məhv edir

Siyasi və ya iqtisadi fikir ayrılıqlarına baxmayaraq, bütün dünya ümumi məqsədə çatmaq – SARS-CoV-2 kimi də tanınan koronavirusdan xilas olmaq üçün bir araya gəlib.

Yenixeber.org: Hər gün bu virusa yoluxan və ya onun təsirləri nəticəsində ölənlərin sayı ilə bağlı müxtəlif ölkələrin statistikası dərc olunur. BMT virusla mübarizə üzrə müxtəlif təşəbbüslərlə çıxış edir, müxtəlif ölkələrin qurumları və istehsalçıları isə bu vəziyyətdən çıxış yolları tapmağa çalışırlar.

Hazırda virusla mübarizənin 2 əsas istiqaməti var - formulaların ixtirası, peyvənd üçün antidotun istehsalı və səthləri dezinfeksiya edən vasitələrin istehsalı, çünki alimlər virusun müxtəlif səthlərdə qalmağa, bununla da ötürülməyə, başqa sözlə yoluxmuş insanların sayını artırmağa meylli olduğunu sübut ediblər.

“Hər gün toxunduğumuz səthlər infeksiyanın potensial ötürmə vasitələridir”, - London İmperiya Kollecinin (Böyük Britaniya) yoluxucu xəstəliklər üzrə tədqiqatçısı Cerald Lyarua-Momyu bildirib. (BBC)

Keçən il alimlər misin koronavirusla mübarizədə ən yaxşı dezinfeksiyaedici olduğunu sübut ediblər. Bəzi istehsalçılar isə hətta antimikrobiyal mis plyonkasının istehsalını təşkil ediblər, bunun viruslarla mübarizəyə təsiri əsl sıçrayışa səbəb olub. Amma təəssüf ki, bu cür istehsalat böyük investisiyalar tələb edir və istehsal güclərini nəzərə alsaq, geniş ərazini əhatə edə bilmir.

Xarici qurumlar və şirkətlər kimi Azərbaycanın “AZCHEMCO” elmi-tədqiqat şirkəti də yerində saymayıb və bir il ərzində bu qlobal problemin həlli üçün çox çalışıb. “AzerCo Ltd.” şirkətinin dəstəyi ilə AZCHEMCO-nun məhsulu – tamamilə həll olmuş misdən ibarət olan “Avesta2810” “AzMedical”ın laboratoriyasında səthlərin koronavirusdan dezinfeksiya edilməsi üzrə sınaqdan keçirilib. Sınaq Cənubi Koreyanın “SD-Biosensor” şirkətinin avadanlığı üzərində aparılıb. Tədqiqat nəticəsində “Avesta2810”un açıq havada 40 dəqiqə ərzində COVID-19 SARS virusunun bakteriyalarını tamamilə məhv etdiyi təsdiqlənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam