Redaktor seçimi
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Günün xəbəri

Koronavirus 85-ə yaxın ölkədə yayılıb -AÇIQLAMA

 

ÜST: Koronavirus 85-ə yaxın ölkədə yayılıb
Bugünədək 98 min 243 nəfər yeni növ koronavirusa yoluxub, 3354 nəfər ölüb. Virusa yoluxmuş 54,021 xəstə sağalıb.
Yenixeber.org: Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib. Onun sözlərinə görə, dünya dövlətləri artıq 85-ə yaxın ölkəyə yayılan virusun qarşısını almaq üçün daha qətiyyətli addımlar atmağa başlayıblar.

Koronavirusun yayılması səbəbindən təhsil müəssisələri bağlandığına görə hazırda dünyada 300 milyon şagird və tələbə dərsə getmir. Hətta Vatikan və Məkkə də qapılarını müvəqqəti olaraq ziyarətçiləri üçün bağlayıblar.

Tedros bütün dövlət başçılarını məsələni təkcə səhiyyə nazirliklərinin öhdəsinə buraxmamağa və bütün sektorlara nəzarət etməyə çağırıb.

Bu arada ABŞ-ın şimal-qərbində virusa yoluxanların sayı artandan və ölənlərin sayı 12-yə çatandan sonra Konqress virusla mübarizə aparmaq üçün 8.3 milyard dollar vəsait ayırmağa dair qanun qəbul edib.

Virusun Avropada ən çox yayıldığı İtaliyada təhsil müəssisələri martın 15-dək bağlanıb. Martın 5-də İtaliyada virusdan ölənlərin sayı 148-ə çatıb.
Fransada isə virusa 423 yoluxma halı qeydə alınıb, bunlardan 7-si ölümlə nəticələnib. Prezident Emmanuel Makron epidemiyanın qaçılmaz olduğuna dair xəbərdarlıq edib.

Cənubi Koreya virusla mübarizə üçün 9.9 milyard dollar, İtaliya 7.5 milyard avro (8.4 milyard dollar) ayırıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam