Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

ŞEYXİN DEPUTAT QARDAŞI ÖZÜNÜ GÜLÜŞ OBYEKTİNƏ ÇEVİRDİ -"Azərbaycan” sözünü düzgün yaza bilmir + FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin deputat olan qardaşı Cavanşir Paşazadə sosial media hesabında Özbəkistan Respublikasında keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirakından yazıb.

Yenixeber.org: Cavanşir Paşazadə “Facebook” hesabındakı paylaşımında dəfələrlə kobud orfoqrafik səhvlərə yol verib.

Belə ki, cəmi bir cümlədən ibarət olan paylaşımında “prezident” sözünü “prizident”, “tərəfindən” əvəzinə “tərəfinnən”, “müşahidəçi” sözünü “muşahidəçi” kimi qeyd edib.

Üstəlik, deputatın təmsil etdiyi ölkənin adının düzgün yazılış qaydasını bilmədiyi məlum olub. Cavanşir Paşazadə paylaşımında “Azərbaycan” sözünü “Azarbaycan” olaraq qeyd edib.

Bu səhvləri ilə deputat ümumiyyətlə Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğunu nümayiş etdirib.

Deputatın paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub, o, bu səhvlərə görə tənqid edilib və gülüş obyektinə çevrilib.

Cavanşir Paşazadə daha sonra paylaşımını silib.

Onun sosial media hesabında yazdıqlarını olduğu kimi təqdim edirik: “Özbəkistan respublikasında keçirilən Prizident seçkilərində , Azarbaycan respublikasının parlamenti tərəfinnən muşahidəçi kimi iştirak edirəm”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam