Tanınmış blogger Mehman Hüseynov bu dəfə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə ilə bağlı araşdırma aparıb.
Yenixeber.org: Blogger özünün Youtube kanalında bununla bağlı geniş danışıb.
O yazır: “Elə bilirsiz Allahşükür Paşazadənin qardaşı “halal” pul zəhməti, alın təri ilə pul qazanıb ailəsini dolandırır? Eh ay dünya. Təəcüblənməyin biz onun cibində Azərbaycan xalqına məxsus olan sərvətləri, dövlət büdcəsindən oğurladığı milyonları və qeyri-qanuni mülkləri tapmışıq.
Cavanşir Paşazadə digər dövlət məmurları kimi qeyri-qanuni yollarla əldə elədiyi “çirkli pulları” övladı Şahin Paşazadənin əli vasitəsi ilə yuyur. Millət vəkili, korrupsioner Cavanşir milyonları Azərbaycanda “qazansa” da, sərvətlərini amma Azərbaycana etibar edə bilmir. Ona görə var dövlətini övladı Şahin vasitəsi ilə xaricə daşıyır. Bu deputatın rəsmi maaşı 2700 AZN dir. Amma necəsə bu maaş hesabına Türkiyənin ən xod gedən otellərində dəbdəbəli restoranlarla açıb işlədir”.
Mehman Hüseynov iddia edir ki, deputatın övladı Şahin Paşazadə Türkiyədə milyonları restoran biznesinə qoyur. “Həmin restoranları biz araşdırıb sizlərə təqdim edirik. Əziz izləyicilər bu gördüyünüz möhtəşəm restoranlar mənim, sənin pullar hesabına tikilib, fəaliyyət göstərir. Paşazadələr ailəsinə məxsus olan dəbdəbəli restoran şəbəkəsi “PS Lounge” Türkiyənin İstanbul, Antalya, Bodrum şəhərində filialları var”️.
O sonda vurğulayır ki, “PALMALI” şirkətlər qrupunun prezidenti Mübariz Mənsumov bir vaxtlar bu deputat övladına əlini uzadıb, ona kömək edib. “Görəsən, Mübariz Mənsimov həbs olunanda Allahşükür Paşazadə və onun deputat qardaşı Cavanşir Paşazadə onun həbsdən azad olunması, onun ailəsi üçün nələrsə edib, kömək əllərini uzadıblarmı?”
Qarşı tərəfi də dinləməyə hazırıq.