Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

DİN: -"216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb"

DİN: 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

Oktyabrın 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 75 toy şənliyinin monitorinqini həyata keçirib.

Yenixeber.org: DİN-dən verilən məlumata görə, monitorinq 67 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 13 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

"Analoji tədbirlər polis və digər dövlət qurumları tərəfindən mütəmadi olaraq davam etdiriləcək. Şənlik mərasimlərinin təşkilatçılarını, eləcə də ictimai iaşə obyektlərinin rəhbərlərini qayda və tələblərə ciddi əməl etməyə çağırırıq", - DİN-dən bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam